Milli dəyərlərə köklənmiş, dünyəvi və müasir gənc psixoloqların formalaşdırılması “Gənc Psixoloqlar” ictimai birliyinin əsas strateji baxışıdır
Daha ətralı >
Gənc psixoloqlar arasında şəbəkələşmə yaratmaqla cəmiyyətimizin psixi sağlamlığının təmin olunması əsas məqsədlərimizdən biridir
Daha ətralı >
Gənc və tələbə psixoloqların ölkəmizin dayanıqlı inkişafı üçün öz əməyini əsirgəməyən gənc mütəxəssislər kimi formalaşmasına köməklik göstərmək əsas missiyamızdır
Daha ətralı >

Hər bir cəmiyyətin inkişafında psixi sağlamlığın əhəmiyyəti olduqca vacib olduğu çoxdan öz təsdiqini tapmışdır. Psixi sağlamlıq insanın psixi durumu, onun davranışlarının tənzimlənməsi, eyni zamanda sosial və bioloji amillərin təsiri ilə xarakterinin düzgün formalaşması ilə xarakterizə olunur. Psixi sağlamlıq insanın özünə və ətrafdakı insanlara olan münasibətdə, ümumilikdə bütün həyatı boyu müxtəlif hadisələrə, sosial və iqtisadi çətinliklərə qarşı münasibətində özünü biruzə verir. Psixi sağlamlığın təmin olunması üzrə ölkədə bu sahə üzrə formalaşmış mütəxəssislərin məsuliyyət payı daha çoxdur. Bu isə öz növbəsində psixi sağlamlıqla məşğul olan şəxslərin peşə biliklərinin daha dərin və müasir elmi-praktik tələblərə cavab verməsini şərtləndirir. “Gənc Psixoloqlar” ictimai birliyi olaraq , biz, qarşımıza əsas məqsəd kimi gənc psixoloqlar arasında şəbəkələşmə yaratmaqla cəmiyyətimizin psixi sağlamlığının təmin olunması istiqamətində vahid faəliyyəti təşkil və təmin etməyi qoymuşuq.

Play Video