Azərbaycan Gənc psixoloqları 2009-cu ildən Avropa Tələbə Psixoloqlar Assosasiyası (EFPSA) ilə əməkdaşlıq edir.

EFPSA 33 ölkəni və 11000 nəfər gənc psixoloqu əhatə edən ümumavropa təşkilatıdır. Təşkilatın əsas məqsədi gənc psixoloqlar arasında şəbəkə yaratmaqla onlar arasında elmi, təcrübi və mədəni mübadiləni həyata keçirməkdir. Təşkilatın fəaliyyət istiqamələrinə müxtəlif təlimlər, yay məktəbləri, konfranslar, araşdırma layihələri, mübadilə proqramları və s. daxildir. Bu günə qədər təxminən 30-dan çox Azərbaycanlı gənc bu təşkilatın müxtəlif tədbirlərində iştirak ediblər. “Gənc Psixoloqlar” ictimai birliyinin üzvü olan hər bir kəs EFPSA-nın tədbirlərində iştirak etmək və həmçinin EFPSA-nın nəşr etdiyi beynəlxalq elmi jurnalda öz məqalə və araşdırmalarını nəşr etdirmək hüquqları vardır.

Azərbaycanlı gənc psixoloqların EFPSA-nın tədbirlərində iştirakı ilə bağlı statistika aşağıdakı kimidir:

  • 2009-cu il-Türkiyə, Anamur şəhəri, Milli nümayəndəliklərin görüşü – 3 nəfər
  • 2010-cu il Hollandiya, Leyden şəhəri, 25-ci konqres – 1 nəfər
  • 2011-ci il Polşa, Boroviçe şəhəri, 26-cı konqres – 3 nəfər
  • 2012-ci il İsveçrə, Bazel şəhəri, Milli nümayəndəliklərin görüşü – 1 nəfər
  • 2013-cü il Türkiyə, İzmir şəhəri, 27-ci konqres – 10 nəfər
  • 2013-cü il Şm. İrlandiya, Belfast şəhəri, Milli nümayəndəliklərin görüşü – 1 nəfər
  • 2014-cü il Ruminiya, Baile-feliks şəhəri, 28-ci konqres – 8 nəfər
  • 2015-ci il Çexiya, Srni şəhəri, 29-cu konqres – 6 nəfər
  • 2015-ci il Ruminiya, Kobananora şəhəri, Milli nümayəndəliklərin görüşü – 1 nəfər
  • 2016-cı il Portuqaliya, Vimeiro şəhəri, 30-cu konqres – 16 nəfər
  • 2016-cı il Xorvatiya, Fuzine şəhəri, Milli nümayəndəliklərin görüşü – 3 nəfər
  • 2017-ci il Azərbaycan, Qax şəhəri, 31-ci konqres- 45 nəfər
  • 2018-ci il Malta, Melieha şəhəri, 32-ci konqres – 8 nəfər
  • 2018-ci il Polşa, Jeleni Gori şəhəri, Milli nümayəndəliklərin görüşü – 3 nəfər
  • 2019-cu il Danimarka, 33-cu konqres – 3 nəfər